İsrailin Beyrutun cənubuna endirdiyi zərbələr zamanı Livanın “Hizbullah” hərəkatının baş katibi Şeyx Həsən Nəsrullahın qızı Zeynəb Nəsrullah öldürülüb.
Bu barədə İsrailin 12-ci kanalı məlumat yayıb.
Qeyd olunur ki, hərəkat liderinin qızının meyiti sentyabrın 27-də İsrail hərbçiləri tərəfindən vurulan komanda mərkəzinin dağıntıları altında tapılıb. Zeynəb Nəsrullah ictimai bəyanatlarında “Hizbullah”ın məqsədlərinə sadiqliyindən dəfələrlə etiraf edib.
“Hizbullah” Nəsrullahın qızının ölümü ilə bağlı rəsmi açıqlama verməyib.