Beyrutda onlarla ölü və yaralının olduğu bildirilir. Təcili yardım maşınları uçan binalara çatmağa çalışır.
Bəzi məlumatlara görə, "Hizbullah" lideri Həsən Nəsrullah zərbələr zamanı yaralanmış ola bilər. İsrail zərbələr zamanı bunkerləri məhv edən bombalardan istifadə edib. Beyrutda İsrail ordusunun hücumunun hədəfi Hizbullah lideri Həsən Nəsrullah olub. Bu barədə Fox News xəbər verir.
İsrail kəşfiyyat xidmətləri Hizbullahın baş katibinin Dahiya bölgəsindəki yeraltı komandanlıq qərargahında olub-olmadığını yoxlayır.