Putin “nüvə triadası” təliminə start verdi

Rusiya prezidenti Vladimir Putin “nüvə triadası” adlı strateji çəkindirmə qüvvələrinin təliminə start verdi.

Buta.media-nın xəbərinə görə, bu barədə RF prezidentinin mətbuat katibi Dmitri Peskov RİA Novosti-yə açıqlamasında deyib.

Şənbə günü, fevralın 19-da, dövlət başçısı Belarus lideri Aleksandr Lukaşenko ilə birgə RF Müdafiə Nazirliyinin Situasiya Mərkəzindən ballistik raketlərin buraxılışını izləyirlər.

Bildirilir ki, manevrlər planlı xarakter daşıyır. Təlimlərdə Rusiya Hava-Kosmik Qüvvələri, Cənub Hərbi Dairəsi, Strateji Raket Qoşunları, həmçinin Şimal və Qara dəniz donanması iştirak edir.

Rusiya Müdafiə Nazirliyindən əlavə ediblər ki, strateji təlimlər hərbi orqanların, gəmi ekipajlarının və Strateji Raket Qoşunlarının qarşıya qoyulan hədəflərin yerinə yetirilməsi, eləcə də, strateji nüvə və qeyri-nüvə qüvvələrinin hazırlığını yoxlamaq üçün keçirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ