İsrailin Livana zərbələr endirib. Yüz nəfər ölüb

İsrail ordusunun Livanın cənubundakı “Hizbullah” mövqelərinə endirdiyi zərbələr nəticəsində 100 nəfər ölüb.

Livan Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, yaralıların sayı 400-ü ötüb.

Qeyd edək ki, bu gün səhər saatlarında İsrail ordusu mülki şəxslərə “Hizbullah”ın silah saxlamaq üçün istifadə etdiyi yerlərdən uzaqlaşmaları barədə xəbərdarlıq edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ