Türkiyədə turist avtobusu qəzaya düşdü - 5 ölü

Türkiyədə turistləri daşıyan avtobusun qəzaya düşməsi nəticəsində ən azı beş nəfər ölüb.

Buta.media-nın xəbərinə görə, bu barədə “A haber” telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, yol-nəqliyyat hadisəsi zamanı 26 nəfər yaralanıb. Onlar müxtəlif dərəcəli bədən xəsarətləri ilə yaxınlıqdakı xəstəxanalara yerləşdirliblər.

Qeyd olunur ki, qəza Aksaray və Konya yaşayış məntəqlərinin arasında baş verib. Hadisə zamanı avtobus trasdan çıxıb və çevrilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ