Ərdoğan ABŞ-da Paşinyanla görüşəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasında iştirak etmək üçün ABŞ-a səfəri çərçivəsində ukraynalı həmkarı Vladimir Zelenski, Ermənistanın baş naziri Nikol Paşinyan və İran lideri Məsud Pezeşkianla danışıqlar aparacaq.

Bu barədə “Sabah” qəzeti məlumat yayıb.

Ərdoğanın İraqın baş naziri Məhəmməd Şia Əl Sudani, Albaniyanın baş naziri Edi Rama, Niderlandın baş naziri Dik Skof, BMT-nin baş katibi Antonio Quterreş, Almaniya kansleri Olaf Şolz və Serbiya lideri Aleksandr Vuçiçlə də görüşləri gözlənilir.

Bundan əvvəl Rəcəb Tayyib Ərdoğan Suriya lideri Bəşər Əsədlə görüşə hazır olduğunu bildirmişdi.

Görüşlərin əksəriyyətinin Nyu Yorkdakı Türk Evində baş tutacağı planlaşdırılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ