İranda mədəndə partlayış - 51 ölü

İranın şərqindəki Cənubi Xorasan əyalətinin Tabas şəhərindəki kömür mədənində partlayış baş verib.

Bu barədə İSNA məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində 51 nəfər ölüb, 17 nəfər yaralanıb.

Qəzaya mədənin B və C bloklarında metan qazının partlaması səbəb olub. Partlayış zamanı bloklardakı işçilərin ümumi sayının 69 nəfər olduğu bildirilib.

Qeyd edilib ki, 250 metr dərinlikdə yerləşən mədəndə partlayışdan sonra yanğın olmayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ