Müsəlmanları öldürən terrorçu baş nazirə məktub göndərib

Yeni Zelandiyanın baş naziri Casinda Ardernin ofisinə məscidlərdə baş verən terror aktlarından bir neçə dəqiqə əvvəl cinayətkarların manifesti daxil olub.


Buta.media-nın məlumatına görə, baş nazirin sözlərini “Associated Press” nəşri sitat gətirib.


“Manifest hücuma 9 dəqiqə qalmış göndərilib. Məktubda hadisənin yeri və detalları barədə məlumat yox idi”, - baş nazir jurnalistlərə açıqlamsında deyib.


Adern qeyd edib ki, məktubu iki dəqiqə ərzində təhlükəsizlik xidmətinin əməkdaşlarına verib.


Nəşrin məlumatına görə, 28 yaşlı terrorçu Brenton Tarrant həmçinin 74 səhifə manifesti onlayn dərc edib. Hücum zamanı onun üzərindəki kamera hərəkətlərini yayımlayırdı.


Xatırladaq ki, Yeni Zelandiyada iki məscidə silahlı hücum cümə günü, martın 15-də baş verib. Terrorçular Kraysçerç şəhəri və Linvud yaşayış məntəqəsində günorta namazından sonra məscidə basqın edərək insanlara atəş açıblar. Nəticədə 49 dinc sakin həyatını itirib.


İnsidentdən sonra polis ölkədə bütün məscidləri bağlamağı xahiş edib.


Hücumdan sonra dörd nəfər – üç kişi və bir qadın saxlanılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ