İsrail Müdafiə Qüvvələri İsrail ordusunun Livanın paytaxtı Beyruta “dəqiq” zərbə endirib. İsrail Müdafiə Nazirliyi zərbənin nəticələri barədə təfərrüatı və məlumatları dəqiqləşdirməyib, onları sonra dərc edəcəyinə söz verib.
“Hazırda komandanlığın tövsiyələrində heç bir dəyişiklik olmayıb. İstənilən dəyişikliklə bağlı məlumatı yeniləyəcəyik”, - mesajda deyilir.
“The Times of Israel” və “Yedioth Ahronot” mənbələrə istinadən yazır ki, hücumun hədəfi “Hizbullah”ın hərbi əməliyyatlarına rəhbərlik edən Cihad Şurasının üzvü İbrahim Aqil olub.
“The Times of Israel” xəbər verir ki, zərbə Beyrutun cənubundakı Dahiya qəsəbəsində “Hizbullah”ın qalası sayılan binaya endirilib. Nəşrin Livan hərəkatına yaxın həmsöhbəti Aqilin öldürüldüyünü iddia edir. İsrail ordusu hələ ki, onun ölümünü təsdiqləməyib.
Livan mediası zərbənin nəticələrini əks etdirən video yayımlayıb. Livanın Səhiyyə Nazirliyi hücum nəticəsində üç nəfərin öldüyünü, 17 nəfərin yaralandığını bildirib.
غارة إسرائيلية على #الضاحية_الجنوبية لبيروت pic.twitter.com/xRlqmO2GxO
— هنا لبنان (@thisislebnews) September 20, 2024