Moskvanın mərkəzində atışma olub. Bir nəfər ölüb, 28 nəfər saxlanılıb

Moskvanın mərkəzində, Kremlin yaxınlığında yerləşən “Wildberries” şirkətinin baş ofisində silahlı atışma baş verib.

Bu barədə Rusiya hüquq-mühafizə orqanları məlumat yayıb.

Silahlı insidentlə bağlı 28 nəfər saxlanılıb.

“Wildberries”dəki mənbə şirkətin Romanov Dvor biznes mərkəzindəki ofisinin təhlükəsizlik xidmətinin əməkdaşının ofisi ələ keçirmək cəhdi zamanı öldürüldüyünü açıqlayıb.

Qeyd edək ki, bu gün “Wildberries”in baş ofisində silahlı insident baş verib. İnsidentin şirkətin rəhbəri Tatyana Bakalçukun həyat yoldaşı Vladislav Bakalçukun və bir qrup kişinin binaya buraxılmaması səbəbindən baş verdiyi bildirilib.

Nəticədə biri polis əməkdaşı olmaqla iki nəfər yaralanıb, bir nəfər isə həyatını itirib.

Şirkətdən o da bildirilib ki, Vladislav Bakalçuk mühafizəsi ilə birlikdə Moskvadakı Wildberries ofisinə qanunsuz daxil olmağa cəhd edib.

Xatırladaq ki, bir müddət əvvəl Tatyana Bakalçuk əri Vladislavla boşanma prosesinin başlandığını açıqlamışdı.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ