Qeyri-adi hücum: Yüzlərlə “Hizbullah” döyüşçüsü peycerlərin partlaması nəticəsində yaralanıb

Livan “Hizbullah” qruplaşmasının yüzlərlə döyüşçüsü Beyrutda və ölkənin digər şəhərlərində əlaqə saxladıqları peycerlərin partladılması nəticəsində ağır yaralanıb. Bu barədə “Reuters” qrupun təhlükəsizlik xidmətindəki mənbəyə istinadən məlumat yayıb.

Ehtimal olunur ki, “Hizbullah”ın istifadə etdiyi rabitə vasitələri İsrail kəşfiyyat xidmətləri tərəfindən sındırılıb və sonra uzaqdan partladılıb.

Anonimlik şərti ilə jurnalistlərə danışan “Reuters” mənbəsi, peycerlərin partladılmasını İsrailin keçən oktyabrda “Hizbullah” tərəfindən dəstəklənən Fələstinin HƏMAS terror hərəkatı ilə müharibəyə başlamasından bəri “ən böyük təhlükəsizlik pozuntusu” adlandırıb.

Sosial şəbəkələrdə peycer partlayışlarını və onların nəticələrini əks etdirən çoxlu videolar yayımlanır.

Livan mediası yaralı “Hizbullah” döyüşçülərinin sayının min nəfərə yaxın olduğunu iddia edir. Onlardan beşinin vəziyyəti ağırdır. Ölənlər barədə məlumat verilməyib.

Bildirilir ki, peycer partlayışlarının qurbanlarından biri də İranın Beyrutdakı səfiri Müctəba Əmani olub.

İsrail hadisə ilə bağlı rəsmi açıqlama verməyib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ