Ukraynada müharibə qoxusu - Sakinlərin evakuasiyasına başlanıldı

Qondarma Luqansk Xalq Respublikasının rəhbəri Leonid Paseçnik sakinləri Rusiyaya getməyə, hüquq-mühafizə orqanlarının əməkdaşlarını və fövqəladə hallar xidmətinin əməkdaşlarını isə əhalinin sərhəd-keçid məntəqələrinə getməsinə köməklik göstərməyə çağırıb. 

Onun bəyanatını Luqansk İnformasiya Mərkəzi yayıb.

Paseçnikin sözlərinə görə, Rusiya “LXR” sakinləri üçün öz ərazisində qəbul və yerləşdirməni təmin etməyə hazırdır”. Bundan əvvəl qondarma Donetsk Xalq Respublikasının rəhbəri Denis Puşilin sakinlərin Rusiyaya təxliyə edildiyini açıqlayıb. O bildirib ki, Rostov vilayətində Donbas sakinlərinin yerləşdirilməsi üçün yerlər region rəhbərliyi ilə razılaşdırılaraq hazırdır.

Öz növbəsində, Rostov vilayətinin qubernatorunun administrasiyası hələlik qaçqınlar üçün müvəqqəti yerləşdirmə mərkəzlərinin ilə bağlı məlumatlarının olmadığını bildirib.

Kremldə jurnalistlərin Donbassdan təxliyə ilə bağlı sualına cavab olaraq orada baş verənlərlə bağlı məlumatlarının olmadığını bəyan ediblər.

Qondarma Donbass respublikalarının hər iki lideri təxliyəni regionda gərginliyin artması ilə əlaqələndiriblər

Ukrayna Donbassda təxribat və hücum əməliyyatları hazırlamaqla bağlı ittihamları rədd edib. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ