Ermənistanla Azərbaycan arasında sülh bütün region üçün faydalıdır - Paşinyan

Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması regionun digər dövlətlərinin də xeyrinə olacaq.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Tbilisidə gürcüstanlı həmkarı İrakli Kobaxidze ilə danışıqlardan sonra deyib.

“Mən əminəm ki, sülhdən təkcə Ermənistan və Azərbaycan deyil, həm də Gürcüstan, Türkiyə və İran faydalanacaqlar”, - deyə o bildirib.

Baş nazirin sözlərinə görə, Cənubi Qafqazda həqiqətən də münaqişə səhifəsini bağlamaq və regionda davamlı sülhün bərqərar olması üçün tarixi imkan var.

Paşinyan qeyd edib ki, Ermənistan və Azərbaycan sülh müqaviləsinin aspektlərinin təxminən 80 faizini razılaşdıra biliblər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ