Putin ordunun şəxsi heyətinin sayını yenidən artırdı

Rusiya prezidenti Vladimir Putin RF Silahlı Qüvvələrinin şəxsi heyətinin sayının müəyyən edilməsi haqqında fərman imzalayıb. Sənəd rəsmi hüquqi informasiya portalında dərc olunub.

Fərmana əsasən, Rusiya Silahlı Qüvvələrinin şəxsi heyətinin sayı 2 milyon 389 min 130 nəfər müəyyən edilib, onlardan 1 milyon 500 min nəfəri hərbi qulluqçu olacaq. Sənəd 2024-cü ilin dekabrında qüvvəyə minir.

Putinin 2023-cü ilin dekabrında imzaladığı əvvəlki oxşar fərmanla Rusiya Silahlı Qüvvələrinin şəxsi heyətinin sayı 2 209 130 nəfərə (1 329 000 hərbi qulluqçuya) yüksəlmişdi. Bugünkü qərarla Putin ordunun şəxsi sayını 180 min nəfər artırıb.

Rusiya Müdafiə Nazirliyi hələlik Putinin yeni fərmanını şərh etməyib. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ