Belə bir qərarın çətinliyinə baxmayaraq, Rusiyanın nüvə silahından istifadə etməkdə səbri tükənə bilər.
Bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün Telegram kanalında yazıb.
“Nə demək olar: nüvə münaqişəsi heç kimə lazım deyil. Bu, çox çətin hekayədir. Məhz buna görə də indiyədək nüvə silahından (qeyri-strateji və ya strateji) istifadə etmək qərarı verilməyib”, - deyə siyasətçi bildirib.
Onun sözlərinə görə, nüvə silahından istifadə üçün formal ilkin şərtlə mövcuddur, məsələn r, o cümlədən Ukrayna Silahlı Qüvvələrinin (USQ) Kursk vilayətinə daxil olması, lakin Rusiya səbr nümayiş etdirir və bu səbr bir gün başa çata bilər.
“Və həmin vaxt hər şeu bitəcək. Rusiya şəhərinin yerində nəhəng boz ərimiş ləkə olacaq”, - deyə Medvedev yekunlaşdırıb.