Türkiyədə cəsədi tapılan Narinlə bağlı dəhşətli detallar üzə çıxdı

Türkiyənin Diyarbəkir şəhərində meyiti tapılan 8 yaşlı Narin Güranın istintaqı ilə bağlı 24 nəfər saxlanılıb.

Saxlanılanlar arasında onun anası Yüksel Güran, atası Arif Güran və qardaşı da var.

Şübhəlilərin dindirilməsi davam edir.

Ölkənin ədliyyə naziri Yılmaz Tunçun sözlərinə görə, hazırda həmin şəxslərin dindirilməsi davam edir. Bununla yanaşı, yaxın zamanlarda Narinin dəqiq ölüm səbəbinin açıqlanacağı qeyd olunub. 

Məhkəmə tibbi ekspertizanın ilkin rəyinə əsasən, Narinin boynunda boğulma izi olub, 15 gün suda qalıb və ayağı sındırılıb.

Xatırladaq ki, Narin Güranin qardaşı daha əvvəl də istintaq çərçivəsində saxlanılmışdı.

Onu da bildirək ki, hadisə ilə bağlı azyaşlının əmisi, həm də Tavşantəpə kəndinin muxtarı olan Sami Güran həbs edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ