Putin ABŞ prezident seçkilərində Kamala Harrisi dəstəklədi. Tramp belə cavab verdi

ABŞ prezidentliyinə namizəd Donald Tramp bəyan edib ki, Vladimir Putinin ABŞ prezident seçkilərində Kamala Harrisi dəstəklədiyi barədə sözlərinə necə reaksiya verəcəyini bilmir. Onun sözlərini “USA Today” sitat gətirir.

“Mən bilmirəm, incimişəm, yoxsa o, mənə yaxşılıq edib”, - Tramp seçki kampaniyası zamanı deyib.

Öz növbəsində ABŞ Milli Təhlükəsizlik Şurasının sədri Con Kirbi Rusiya prezidentini Amerika seçkiləri ilə bağlı şərh verməməyə çağırıb.

O qeyd edib ki, əgər Vladimir Putin “seçkilərimiz haqqında danışmağı dayandırsa” və “seçkilərə müdaxiləni dayandırsa” Birləşmiş Ştatlar “çox minnətdar olacaq”.

Sentyabrın 5-də Şərq İqtisadi Forumunun plenar iclasında çıxış edən Putin bildirib ki, Rusiya hakimiyyəti üçün ABŞ seçkilərində Kamala Harrisin qələbəsi Trampın qələbəsindən daha üstündür.

“Bizim sevimlimiz, belə demək mümkünsə, hazırkı prezident cənab [Co] Bayden idi. Lakin sonra o, yarışdan kənarlaşdırıldı, və bütün tərəfdarlarına xanım [Vitse-prezident Kamala] Harrisi dəstəkləməyi tövsiyə etdi. Ona görə də biz də eyni şeyi edəcəyik”, - Putin təbəssümlə deyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ