Rusiya Ukraynaya raket zərbəsi endirib: 40-dan çox adam ölüb, 200-ə yaxın adam yaralanıb

Rusiya qoşunları sentyabrın 3-də Poltavaya raket hücumu həyata keçirib. 

Suspilne-ə görə, səhər saat 09:10 radələrində iki partlayış baş verib, bundan iki dəqiqə əvvəl şəhərdə hava hücumu xəbərdarlığı elan edilib.

Ukrayna prezidenti Vladimir Zelenskinin dediyi kimi, Rusiya hərbçiləri şəhəri iki ballistik raketlə vurub. Zelenski bildirib ki, hücum nəticəsində təhsil müəssisəsinin və yaxınlıqdakı xəstəxananın ərazisinə zərbə endirilib. Onun sözlərinə görə, Rabitə İnstitutunun binalarından biri qismən dağılıb. İnsanlar dağıntılar altında qalıb.

Raket zərbəsi nəticəsində, ilkin məlumatlara görə, 41 nəfər ölüb, 180-dən çox insan yaralanıb, Vladimir Zelenski bildirib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ