ABŞ Venesuela prezidenti Nikolas Maduronun təyyarəsini Dominikan Respublikasında ələ keçirərək Floridaya göndərib. Bu barədə CNN məlumat yayıb.
“İki ABŞ rəsmisinin sözlərinə görə, ABŞ təyyarəni bazar ertəsi Floridaya göndərib. Bu, ABŞ və Venesuela arasında uzun müddətdir dondurulmuş münasibətlərdə son hadisədir. Təyyarənin Dominikan Respublikasında həbsi ABŞ-ın Venesuela hökumətinin korrupsiya əməllərini araşdırmağa davam etdiyi bir vaxtda eskalasiyanı artacağını göstərir”, - telekanal məlumat verib.
CNN-nin ABŞ prezidenti Co Bayden administrasiyasından olan həmsöhbətlərindən biri vurğulayıb ki, təyyarəyə həbs qoyulmasının məqsədi Venesuela hakimiyyətinə “heç kim qanundan üstün olmadığını” nümayiş etdirməkdir.