İsrail Hərbi Hava Qüvvələri Suriyanın cənubuna bir neçə raket zərbələri endirib.
Buta.media-nın xəbərinə görə, bu barədə SANA agentliyi məlumat yayıb.
“İsrail qüvvələri Dəməşq vilayətinin cənub hissəsində Zəkiyyə şəhərinin ətrafında bir neçə nöqtəni raket atəşinə tutub. Nəticədə şəhərə maddi ziyan dəyib”, - agentliyin məlumatında deyilir.
Nəşrin məlumatına əsasən, zərbələr “yer-yer” tipli raketlərlə endirilib.
Fevralın 9-da məlum olub ki, İsrailin Suriya HHM-ə endirdiyi zərbələr nəticəsində bir hərbi qulluqçu ölüb, beşi isə yaralanıb. Dörd İsrail qırıcısı Kisva yaşayış məntəqəsində obyektlərə zərb endirib.