Paşinyan İlham Əliyevlə sərhəddə görüşmək istəyir

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə telefon söhbəti zamanı danışıqları davam etdirmək üçün Azərbaycan prezidenti İlham Əliyevlə iki ölkənin sərhədində görüşməyə hazır olduğunu bildirib.

Paşinyan qeyd edib ki, İrəvan hazırki mərhələdə Bakı ilə birbaşa danışıqlara üstünlük verir.

Ermənistanın baş naziri dünən sərhədlərin delimitasiyası üzrə Ermənistan və Azərbaycan komissiyalarının birgə fəaliyyəti haqqında Əsasnamənin imzalandığını xatırladıb və bildirib ki, diqqəti bu istiqamətə yönəltmək lazımdır. Peşinyan həmçinin çoxtərəfli formatları da istisna etməyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ