Rusiyada Mi-8 helikopteri yoxa çıxıb. Göyərtədə 22 nəfər var

Rusiyanın Kamçatka yarımadasında Mi-8 helikopteri yoxa çıxıb. Bu barədə “İnterfaks” məlumat yayıb.

Agentliyin həmsöhbətinin sözlərinə görə, helikopter Vaçkajets vulkanı - Nikolaevka kəndi marşrutu üzrə hərəkət edib. 

“Təyin olunmuş vaxtda təyinat yerinə eniş etməyib, əlaqəyə çıxmır”, - agentliyin həmsöhbəti bildirib.

Əvvəlcə helikopterdə yalnız üç ekipaj üzvünün olduğu bildirildi. Daha sonra Federal Hava Nəqliyyatı Agentliyi göyərtədə 22 nəfərin - üç ekipaj üzvü və 19 sərnişinin olduğunu açıqlayıb.

Helikopterin axtarışı üçün daha bir Mi-8 helikopteri havaya qalxıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ