Zelenski F-16 qəzasından sonra onu işdən çıxardı

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin F-16 qırıcısının qəzaya uğramasından sonra Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşuku işdən çıxarıb.

Müvafiq fərman Ukrayna dövlət başçısının Ofisinin saytında dərc edilib.

“Nikolay Nikolayeviç Oleşuk Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsindən azad edilsin”, - sənəddə deyilir.

Qeyd edək ki, “The Wall Street Journal” nəşri Qərbdən Ukraynaya verilən ilk F-16 təyyarələrindən birinin qəzaya uğramasına dair məlumat yayıb. Nəşrin həmsöhbəti “Çox güman ki, qəza pilotun səhvi nəticəsində baş verib”, - deyə bildirib. 

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumatı təsdiqləyib. Ölkə rəsmiləri qəzasının səbəbini açıqlamayıb.

Xatırladaq ki, Ukrayna vəd edilən F-16 qırıcılarını avqustun əvvəllərində təhvil almışdı.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ