Ukrayna Kurskda 594 Rusiya hərbçisini əsir götürüb - Sırski

Ukrayna Silahlı Qüvvələri Kursk vilayətində 1294 kvadrat kilometr əraziyə nəzarət edir. Bunu “Ukrayna 2024. Müstəqillik” forumuna videobağlantı vasitəsilə qoşulan Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski deyib.

Onun sözlərinə görə, Ukrayna hərbçiləri irəliləməyə davam edir. Kursk vilayətində keçirilən əməliyyat zamanı ukraynalılar 594 Rusiya hərbçisini əsir götürüblər.

“Kursk əməliyyatı xeyli sayda [Rusiya] hərbçisinin diqqətini yayındırdı. Hazırda qeyd edə bilərik ki, artıq 30 minə yaxın hərbçi Kursk istiqamətində yerləşdirilib və bu rəqəm artır”, - deyə Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı bildirib. Eyni zamanda o qeyd edib ki, Rusiya ordusu Pokrovsk istiqamətində səylərini artırır və digər istiqamətlərdən Kursk vilayətinə köçürülmək üçün bölmələri çıxarmağa çalışır.

Ukrayna Silahlı Qüvvələri avqustun 6-da Kursk vilayətində sərhədi pozub və o vaxtdan bəri bölgədə hücum əməliyyatı keçirir. Analitiklər əməliyyatın əsas məqsədini Moskvanı Rusiya ordusunun irəlilədiyi Donetsk bölgəsindən qüvvələri geri çəkməyə məcbur etmək cəhdi adlandırıblar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ