Rusiya prezidenti Vladimir Putin Bakıya səfəri zamanı “Telegram” messencerinin yaradıcısı Pavel Durovla görüşməyib. Bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.
Peskov jurnalistlərə “Xeyr (görüş baş tutmayıb)” deyib.
Putin avqustun 18-19-da Bakıda dövlət səfərində olub. Bəzi KİV-lərin yazdığına görə, Durov səfər zamanı Rusiya lideri ilə görüşmək təklifi edib və lakin imtina cavabı alıb.
Rusiya prezidentinin mətbuat katibi Pavel Durovun Fransada saxlanmasını şərh etməyib.
“Biz hələlik Durovun konkret nədə ittiham olunduğunu bilmirik; Və bir şey deməzdən əvvəl, vəziyyətin aydın olmasını gözləmək lazımdır: Durovu konkret olaraq nə ilə ittiham etməyə çalışırlar. Bunsuz hər hansı açıqlama vermək yəqin ki, düzgün olmazdı”, - Peskov bildirib.
Fransa mətbuatının məlumatına görə, Durov avqustun 24-də Bakıdan gələn kimi Parisdə saxlanılıb. İş adamına qarşı irəli sürülən iddiaların mahiyyəti hələlik məlum deyil.