Pavel Durovla birgə saxlanılan qız kimdir? - foto

“Telegram” messencerinin təsisçisi Pavel Durovla birlikdə 24 yaşlı Yuliya Vavilova da Parisdə saxlanılıb. Bu barədə “Baza” “Telegram” kanalı yazır.

Nəşr bildirir ki, “avqustun 16-da Yuliya İnstaqram səhifəsində Qazaxıstandan Azərbaycana uçduğunu yazıb. Fotoda həmçinin “Embraer Legacy 600” təyyarəsi görünüb. Yuliya həmçinin messencerlər vasitəsilə Azərbaycandan analitiklərin yer aldığı fotolar yerləşdirib”.

“Sosial şəbəkələrə görə, Yuliya Dubayda yaşayır və tez-tez Pavel Durovun olduğu yerlərdə görüntülənir. Avqustun 25-nə keçən gecədən Yuliya sosial şəbəkələrə çıxmayıb. Yuliya özü özünü strimer və kripto-investor adlandırır. O ərəb dilində kripto ilə bağlı kanal idarə edir”, – “Baza” yazır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ