Rusiya və Ukrayna arasında əsir mübadiləsi olub

Rusiya və Ukrayna hərbi əsirləri dəyişdirib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Kursk vilayətində əsir düşən 115 rusiyalı hərbçi Rusiyaya qayıdıb.

Öz növbəsində, Ukrayna Silahlı Qüvvələrinin 115 hərbi qulluqçusu Ukraynaya təhvil verilib. Ukrayna hakimiyyəti hələlik mübadilə ilə bağlı şərh verməyib.

Rusiya Müdafiə Nazirliyi qeyd ki, hərbi əsirlərin dəyişdirilməsi BƏƏ-nin vasitəçiliyi ilə baş tutub. Mübadilə zamanı buraxılan Rusiya əsgərləri Belarusdadır. Onlar müalicə və reabilitasiyadan sonra Rusiyaya aparılacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ