Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu COVID-19-a yoluxub.
Buta.media-nın xəbərinə görə, Çavuşoğlu bu barədə öz Twitter səhifəsində məlumat verib.
XİN rəhəbri bu gün verdiyi koronavirus testi müsbət çıxdığını və xəstəliyi yüngül keçirdiyini bildirib.
Xatırladaq ki, bir müddət əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğan, ölkənin milli müdafiə naziri Hulusi Akar da koronavirusa yoluxub. Onların hər biri artıq sağalıb.