Paşinyan Putinlə danışdı. Rusiya liderinin Bakı səfəri müzakirə olundu

Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, tərəflər telefon danışığı zamanı Rusiya liderinin Azərbaycana səfərini müzakirə ediblər. 

“Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb. Rusiya prezidenti Ermənistanın baş nazirinə ötən həftə Azərbaycana səfəri ilə bağlı təəssüratları barədə məlumat verib və buna görə baş nazir Paşinyan prezident Putinə təşəkkür edib”, - məlumatda deyilir.

Ermənistan Nazirlər Kabinetindən verilən məlumata görə, Paşinyan gələcəkdə Putinlə ikitərəfli məsələləri müzakirə etmək üçün görüşməyə razılaşıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ