Rusiya və Ukrayna sərhədində hərbi münaqişə ilə bağlı gərginliyin azalması dünya bazarında neft qiymətlərinin ucuzlaşmasını sürətləndirib.
Şimal dənizində hasil olunan “Brent” neftinin aprel fyuçersləri 4,06% ucuzlaşaraq, 1 bareli 92,42 ABŞ dollarına satılıb.
WTI neftinin mart fyuçerslərinin qiyməti isə 4,65% aşağı düşərək, 1 bareli 91,02 ABŞ dolları təşkil edib.