Alen Delon vəfat etdi

Fransız aktyor Alen Delon vəfat edib.

Bu barədə TASS xəbər verir.

Məlumata görə, sənətçi 88 yaşında dünyasını dəyişib.

Delon karyerası ərzində ssenarist, kinorejissor, film prodüseri və hətta müğənni kimi də fəaliyyət göstərib.

O, çoxsaylı kino mükafatları və dövlət ordenləri ilə təltif olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ