Rusiya qalmaqalı azərbaycanlı komkilə bağlı qərar qəbul etdi

Rusiya Daxili İşlər Nazirliyi Azərbaycan əsilli gülüş ustası, Belarus vətəndaşı İdrak Mirzəlizadənin ölkədə qalmasına qoyulmuş ömürlük qadağanı 14 ilə endirib.

“Mirzəlizadənin Rusiyada qalması 27 avqust 2035-ci il tarixinədək arzuolunmaz hesab edilib”, - deyə onun vəkil Sergey Badamşin bildirib.

O qeyd edib ki, nazirliyin qərarından apellyasiya şikayəti veriləcək.

Qeyd edək ki, stend-ap ustası “ictimai çıxışında rus millətindən olan şəxslərə qarşı nifrət və düşmənçiliyə sövq edən, onların insani ləyaqətini alçaldan ifadələr işlətməkdə” ittiham olunub. Məhkəmədə o, bu ifadələrilə əslində millətçiliyi ələ saldığını deyərək, özünü təqsirli bilməyib.

Mənbə: “İnterfaks”

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ