Azərbaycan vətəndaşları Ermənistanda ən azı altı daşınmaz əmlak obyektinə sahibdirlər.
Buta.media-nın xəbərinə görə, bu barədə Ermənistan kadastr komitəsindən Sputnik Ermənistanın sorğusuna cavab olaraq bildirilib.
“2010-2021-ci illərdə Ermənistanda Türkiyə vətəndaşları tərəfindən ümumilikdə 71, Azərbaycan vətəndaşları tərəfindən isə altı daşınmaz əmlaka sahibliklə bağlı müqavilə imzalanıb”, - məlumatda deyilir.
Komitədən bildiriblər ki, Azərabaycan vətəndaşları 2012, 2018 və 2019-cu illərdə Ermənistanda mənzil alıblar. Daha bir mənzil 2012-ci ildə Azərbaycan vətəndaşına hədiyyə kimi verilib. Bundan əlavə bir ictimai əhəmiyyətli obyekt alınıb.