Rusiyada separatçı “DXR” və “LXR”-in tanınması üçün Putinə müraciət olundu

Rusiya Dövlət Duması qondarma Donetsk və Luqansk (DXR və LXR) respublikalarının tanınması ilə bağlı layihəni dəstəkləyib.

Buta.media-nın xəbərinə görə, bu barədə TASS məlumat yayıb.

Qanun layihəsinin lehinə 351, əleyhinə isə 16 deputat səs verib. Bir millət vəkili bitərəf qalıb. 

RF Dövlət Dumasının spikeri Vyaçeslav VOlodin bildirib ki, qətnamə dərhal imzalanacaq və prezident Vladimir Putinə yönləndiriləcək.

Xatırladaq ki, bir müddət əvvəl Kommunist Partiyasından olan deputatlar Dumanın Rusiya Prezidentinə müraciət layihəsində Vladimir Putindən öz müstəqilliyini elan etmiş “Donetsk və Luqansk Xalq Respublikaları”nın müstəqil dövlət kimi tanınması məsələsini nəzərdən keçirməyi, habelə bu qurumlarla danışıqlar aparmağı xahiş edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ