Putin Ukraynaya hücum barədə zarafat etdi

Rusiya prezidenti Vladimir Putin bir sıra KİV-də RF-in Ukraynaya hücum tarixi ilə bağlı xəbərlərə cavab olaraq zarafat edib.

Buta.media-nın xəbərinə görə, bu barədə onun mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Bəzən [Putin] hətta zarafat edir - müharibənin başlayacağı dəqiq vaxtı öyrənməyi xahiş edir”, - Kremlin rəsmi nümayəndəsi deyib.

Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Co Bayden fevralın 16-da Rusiyanın Ukraynaya hücum edəcəyini bildirmişdi. Vaşinqton öz müttəfiqlərinə xəbərdarlıq edib ki, hücumdan əvvəl raket atəşləri və kiberhücumlar baş verəcək. 

Bundan əvvəl isə Bloomberq-də Rusiyanın Ukraynaya fevralın 15-də mümkün hücumu barədə məlumat yerləşdirilmişdi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ