Ukrayna işğal etdiyi Rusiya torpaqları ilə nə edəcək? - Kiyev açıqladı

Ukrayna Rusiya Federasiyasının Kursk vilayətinin işğal olunmuş hissələrini saxlamaq niyyətində deyil. Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin spikeri Georgi Tixiy bildirib. 

Diplomatın sözlərinə görə, Ukraynanın Kursk bölgəsindəki hərbi əməliyyatı “cəbhəyə kömək edir” və Rusiyanın hərbi logistikasını çətinləşdirir. 

“Bu, Rusiyaya Donbasa əlavə qüvvələr ötürməyə imkan vermir və RF-in hərbi logistikasını çətinləşdirir. Hədəf yalnız hərbi obyektlər və hərbi qulluqçulardır”, - deyə ukraynalı diplomat bildirib.

O həmçinin əlavə edib ki, Kiyevin hərəkətləri “sivil Avropa hərbi gücünü” təmsil edir. Georgi Tixiy Ukrayna tərəfinin beynəlxalq humanitar hüquqa riayət etdiyini də nəzərə çatdırıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ