İsrail ordusu yüksək hazırlıq vəziyyətinə gətirilib

 İsrail İran və Livanın “Hizbullah” qruplaşmasının ölkəyə mümkün zərbə endirəcəyi ilə bağlı öz qoşunlarını yüksək hazırlıq vəziyyətinə gətirib.

Bu barədə “The Wall Street Journal” yazır.

Nəşrin məlumatına görə, Təl-Əviv qeyd edib ki, İran və “Hizbullah” hücumlar həyata keçirməyə hazırlaşır, lakin İsrail hakimiyyəti həqiqətən zərbənin həyata keçirilib-keçirilməyəcəyini bilmir.

WSJ qeyd edir ki, Pentaqon bölgəyə idarə olunan raketlərlə təchiz dilmiş sualtı gğndərib. 

İsrail Müdafiə Nazirliyinin sözçüsü Daniel Haqari deyib ki, ölkə ordusu İran və“Hizbullah”ın potensial hücumu ilə bağlı “maksimum hazır” vəziyyətdədir, lakin əhali üçün yeni təlimat yoxdur. İsrail Hərbi Hava Qüvvələri “təhdidləri aşkar etmək və qarşısını almaq üçün” Livan üzərində patrulları gücləndirib. 

İsrail hökumətinin keçmiş sözçüsü Eylon Levy bəyan edib ki, İsrail “İranın qaçılmaz raket hücumu” səbəbindən yüksək hazırlıq vəziyyətindədir. Amerikanın “Fox” televiziya kanalı avqustun 12-də bildirib ki, İran 24 saatdan az müddətdə İsrailə hücum edə bilər.

AFP-nin Ağ Evə istinadən verdiyi məlumata görə, ABŞ prezidenti Co Bayden Yaxın Şərqdəki gərginliyi, o cümlədən İsrailə mümkün hücumları müzakirə etmək üçün Fransa, Almaniya, İtaliya və Britaniya liderləri ilə danışıqlar aparıb. 

Britaniya, Fransa və Almaniya avqustun 12-də İranı İsrailə hücumlardan çəkinməyə çağırıb.

Avqustun 12-si axşamdan avqustun 13-dək İsrail Tiş'a B'Av - Yəhudi xalqının dağıdılmış Qüds Məbədi üçün matəm gününü qeyd edir.

İran iyulun 31-nə keçən gecə Tehranda HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsinə görə İsrailə cavab verəcəyi ilə hədələyib.
Livanın “Hizbullah” qruplaşması iyulun 30-da qrupun hərbi komandiri Fuad Şükrün ölümü ilə nəticələnən İsrailin Beyruta endirdiyi hava hücumuna cavab vermək niyyətindədir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ