Putin Ukrayna ilə bağlı danışıqlara hazırdır - Peskov

Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinin Ukryana ilə bağlı danışıqlara hazır olduğunu bəyan edib. 

Buta.media xəbər verir ki, bu barədə D.Peskov CNN telekanalına deyib.

Mətbuat katibinin sözlərinə görə, Putin faktiki olaraq Rusiyanın təhlükəsizliyin zəmanəti məsələsinin təşəbbüsünü irəli sürüb. Peskov Ukrayna ətrafındakı vəziyyəti böyük problemin bir hissəsi adlandırıb. 

“Və, əlbəttə, prezident Putin danışıqlara hazırdır”, - Kreml nümayəndəsi yekunlaşdırıb.

Bundan əvvəl Rusiya XİN rəhbəri Sergey Lavrov NATO ilə Avropanın təhlükəsizliyinin təminatı məsələsində razılığa gələ biləcəklərinin mümkün olduğunu bildirib və bəyan edib ki , “şans həmişə var”. Vladimir Putin Sergey Lavrovla görüşü zamanı Rusiya XİN-in NATO və Aİ ilə bağlı mətnini dəstəkləyib. Lavrovaun sözlərinə görə, alyansın məktubuna yazılı cavabın layihəsi 10 səhifə tutub

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ