Braziliyanın San-Paulu ştatının Vinedo bələdiyyəsində sərnişin təyyarəsi qəzaya uğrayıb. Bu barədə “Globo” nəşri məlumat yayıb.
ATR 72 turbovintli təyyarə “Voepass Linhas Aéreas” şirkətinə məxsus olub və 2283 saylı daxili reyslə Kaskaveldən (Parana ştatı) Quarulhos hava limanına (San-Paulu ştatı) uçurdu.
Təyyarənin göyərtəsində 58 sərnişin və 4 ekipaj üzvü olub. Fəlakətdən heç kim sağ çıxa bilməyib.
BREAKING: Voepass Flight 2283, a large passenger plane, crashes in Vinhedo, Brazil pic.twitter.com/wmpJLVYbB3
— BNO News (@BNONews) August 9, 2024