ABŞ Dövlət Departamenti Birləşmiş ştatların Kiyevdəki səfriliyində bütün ofis avadanlığının məhv edilməsi barədə göstəriş verib.
Buta.media-nın xəbərinə görə, bu barədə The Wall Street Journal məlumat yayıb.
Nəşrin mənbələrinin məlumatına əsasən, departament şəbəkə avadanlığı və kompüter stansiyalarını məhv edilməsi, həmçinin səfirliyin telefon sisteminin demontaj olunmasının tələb edib. Qəzet yazır ki, hazırda səfirlik diplomatik obyekt kimi istifadəyə yararsızdır.
Rusiyanın Ukraynaya hücumu barədə xəbərlər fonunda ABŞ səfirliyini Kiyevdən Lvova köçürüb. Bundan əlavə diplomatik qurum səfirliyin əməkdaşlarını Ukraynadan təxliyyə etməyi qərara alıb. Dövlət Departamentinin rəhbəri Entoni Blinken bu addımı “münaqişənin yüksək eskalasiya riski fonunda ehtiyat tədbiri” kimi qiymətləndirib.
Prezident Vladimir Zelenski bəzi ölkələrin səfirliklərini Qərbi Ukraynaya köçməsini böyük səhv adlandırıb