Yaponiyada 7.1 bal gücündə zəlzələ olub

Yaponiyanın cənub-qərbində Kyuşu adası yaxınlığında 7,1 bal gücündə zəlzələ qeydə alınıb və sunami təhlükəsi elan edilib.

Zəlzələnin episentri Kyuşu adasındakı Miyazaki prefekturasının yaxınlığında yerləşib. Yeraltı təkanların ocağı okeanın 30 km dərinliyində olub.

Seysmoloqların fikrincə, Kaqosima, Koçi, Miyazaki, Oita və Ehime prefekturaları ərazisində dalğanın hündürlüyü 1 m-ə çata bilər.

Hələlik tələfat və dağıntılar barədə məlumat yoxdur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ