Ukrayna ordusu Rusiya ərazisində irəliləyir

Avqustun 7-dən etibarən Rusiya ərazisində mexanikləşdirilmiş hücum əməliyyatlarını davam etdirən Ukrayna qoşunları Rusiyanın Kursk bölgəsinə doğru 10 kilometr irəliləyib. Bu barədə Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında deyilir.

“Avqustun 6 və 7-də yayımlanan geolokasiya görüntülərinə əsasən, Ukrayna zirehli texnikası beynəlxalq sərhəddən təxminən 10 kilometr aralıda, 38K-030 şossesi boyunca mövqelərdə möhkəmlənib. Ukraynanın Kursk bölgəsindəki hücum əməliyyatlarının hazırda təsdiqlənmiş miqyası və yeri göstərir ki, Ukrayna qüvvələri ən azı iki Rusiya müdafiə xəttini və bir dayaq nöqtənsini yarıblar”, - hesabatda qeyd edilir.

ISW-nin rusiyalı insayder mənbəyə istinadən verdiyi məlumata görə, avqustun 6-da əməliyyat başlayandan bəri Ukrayna qoşunları Kursk vilayətində 45 kvadrat kilometr ərazini ələ keçirib.

Digər Rusiya mənbələrinə görə, Ukrayna qoşunları Nikolaevo-Darino (Sumı sərhədindən 1,5 kilometr şimalda), Darino (Sumı sərhədindən üç kilometr şimalda) və Sverdlikovo (Nikolaevo-Darino-Darinskinin şərqi) daxil olmaqla ümumilikdə 11 yaşayış məntəqəsini ələ keçirib, və hazırda Lyubimovkada (Sumı rayonu ilə sərhəddən səkkiz kilometr şimalda) əməliyyat aparırlar.

Rusiya mənbələri həmçinin Ukrayna əsgərlərinin 38K-030 Sudja-Korenovo magistral yolu ilə irəliləməyə çalışırlar. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ