İran Qüds və Təl-Əvivdə İsrailin hökumət binalarına, o cümlədən İsrailin baş naziri Binyamin Netanyahunun ofisi və Knesset binasına zərbələr endirməyi planlaşdırır. Bu barədə İslam Respublikası Silahlı Qüvvələrinin xəbər portalı “Defapress” məlumat yayıb.
İran ordusu mümkün hədəflər siyahısına Təl-Əvivdəki Ben Qurion, Hayfa və Ramon hava limanları ilə yanaşı, İsrailin səkkiz aviabazasını, üç limanı, beş elektrik stansiyasını, neft və qaz yataqlarını da daxil edib.
“Yuxarıda qeyd olunan hədəflər sionist rejimin hücum olunacağı obyektləridir” nəşr qeyd edib və əlavə edib ki, “hücum yaxın gələcəkdə qaçılmazdır”.