Putinlə Makronun görüşündəki masadan uzun heç nə ola bilməzdi: Amma Putinin hələ də bir neçə “variantı” var

Belə görünürdü ki, Putinlə Makronun görüşündəki masadan uzun heç nə ola bilməz. Amma Rusiya prezidentinin əlində hələ də bir neçə "hiylə" var.

Fevralın 7-də Rusiya prezidenti Vladimir Putin və Fransa prezidenti Emmanuel Makronun oturduğu nəhəng masanı xatırlayırsız?

Kremlin məlumatına görə, hər iki prezident “prezidentimizin və qonaqlarımızın sağlamlığının qorunması üçün əlavə tədbirlər protokolu”na görə bir-birindən təxminən altı metr məsafədə əyləşiblər.

Belə bir protokol bir qonaq koronavirus üçün PCR testi etməkdən imtina etdikdə aktivləşdirilir (və Makron bunu etməyib).

Həftə sonra. Fevralın 14-də Vladimir Putin Kremldə iki görüş keçirib - xarici işlər naziri Sergey Lavrov və müdafiə naziri Sergey Şoyqu ilə. Hər iki nazir bir neçə dəqiqəlik fərqlə prezidentin qarşısına çıxıb - eyni yerdə əyləşiblər. Şəkillərə əsasən, Putini nazirlərdən Makronla müqayisədə daha böyük məsafə - ən azı səkkiz metr ayırıb. Özünüz baxın.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ