Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd olan Kamala Harris Minnesota qubernatoru Tim Valsı vitse-prezidentliyə namizəd kimi seçmək qərarına gəlib. Bu barədə “Associated Press” nəşri yazıb.
Bildirilib ki, Kamala Harris noyabrda keçiriləcək seçkilərdə Minnesota qubernatoru Tim Valsla birgə mübarizə aparacaq.
Onun yaxın saatlarda Filadelfiya mitinqində bu qərarı elan etməsi gözlənilir.
Son günlərdə vitse-prezident postuna potensial namizədlər arasında üçlük - Pensilvaniya qubernatoru Coş Şapiro, Arizona senatoru Mark Kelli və Minnesota qubernatoru Tim Valsın adları çəkilirdi.