Türkiyə Avropa mallarına vergiləri ikiqat artırıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqından gələn mallara 30%, Çin də daxil olmaqla digər ölkələrdən gələn mallara 60% vergi tətbiq edilməsi haqqında fərman imzalayıb. Sənəd “Resmi Gazete”də dərc olunub

Əvvəllər Aİ-dən gələn məhsullar üçün 18%, digər ölkələrdən gələn məhsullar üçün isə 30% vergi tutulurdu.

Qərara əsasən, sürətli çatdırılma ilə beynəlxalq alışlar üçün vergidən azad olunan limit 150 avrodan 30 avroya endirilib.

Alınan malların çəkisi 30 kq-dan çox olarsa, o zaman onlar gömrük kommersiya qanunvericiliyinə tabedir. 30 kq-dan çox olan mallar hesablanarkən 48% əlavə gömrük rüsumu da tətbiq edilir.

Qərar 15 gündən sonra qüvvəyə minəcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ