Ukraynada döyüşlərdə azərbaycanlı həlak olub

Rusiya ordusunun tərkibində Ukraynada hərbi əməliyyatlarda iştirak edən əslən Zərdab rayonundan olan Fəxri Hacıyev döyüşdə həlak olub.

Bu barədə sosial şəbəkələrdəməlumat yayılıb.

Bildirilir ki, Məlikli kənd sakini, 1972-ci il təvəllüdlü Fəxri Hacıyevin meyiti Azərbaycana göndərilib. O, avqustun 5-də doğma kəndindəki qəbiristanlıqda torpağa tapşırılıb.

Qeyd edək ki, Ukraynadakı hərbi münaqişə zamanı azı 130 azərbaycanlı həlak olub, 70 nəfər itkin düşüb, 100-ə yaxın soydaşımız yaralanıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ