İran İsrailə tərəfinə hücum hazırladığı barədə mesaj ötürüb. “The Jerusalem Post” xəbər verir ki, bunu İsrailin xarici işlər naziri İsrael Katz deyib.
Katzın sözlərinə görə, Macarıstanın xarici işlər naziri Peter Sijarto ona zəng edərək İranın xarici işlər naziri Əli Baqiridən müvafiq məlumat aldığını bildirib.
Katz heç bir təfərrüat verməyib.
İran iyulun 31-nə keçən gecə Tehranda HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsinə (İsrail rəsmi olaraq məsuliyyəti öz üzərinə götürməyib) cavab olaraq İsraili vurmağı planlaşdırır.
Benyamin Netanyahu hökuməti İrana qabaqlayıcı zərbə endirmək imkanını nəzərdən keçirir.