Banqladeşin baş naziri istefa verib ölkədən qaçdı

Banqladeşin baş naziri Şeyx Hasina Dəkkədən qaçaraq Hindistanın şimal-şərqindəki Aqartalaya gedib. Bu barədə “Reuters” kəşfiyyat xidmətlərindəki mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, Hindistan Banqladeşin keçmiş baş nazirini sığınacaq və təhlükəsiz keçidlə təmin etmək niyyətindədir.

Bundan əvvəl Banqladeşdə 100-dən çox insanın ölümü ilə nəticələnən etirazlar səbəbindən komendant saatı elan edilib. İğtişaşlar zamanı Hasina “daha təhlükəsiz yerə” getmək üçün Dəkkədəki rəsmi iqamətgahını tərk edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ