Ukraynaya daha bir zərbə: Rusiya qondarma DXR və LXR-in müstəqilliyini tanımağa hazırlaşır

“Vahid Rusiya” partiyasının deputatları qondarma Donetsk və Luqansk (DXR və LXR) respublikalarının tanınması ilə bağlı layihənin konsultasiya üçün XİN-ə təqdim edilməsi barədə qətnaməni Dövlət Dumasına təqdim ediblər. Layihənin müəllifləri Artyom TUrov və Viktor Vodolatskidir.

Buta.media xəbər verir ki, Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin öz Telegram kanalında bildirib ki, DXR və LXRin tanınması ilə bağlı qanun layihəsi fevralın 15-də parlamentə çıxarılacaq.

Plenar iclasda qondarma respublikaların tanınması ilə bağlı iki layihəyə baxılacaq. Birinci layihəyə əsasən sənəd palatada mümkün təsdiqlənməsindən sonra dərhal ölkə prezidenti Vladimir Putinə yönləndirilməldir.

İkinci layihəyədə sənədin əvvəlcə XİN-ə sonra isə Rusiya prezidentinə təqdim olunması nəzərdə tutulub.

Volodinin sözlərinə görə, daha çox səs toplayan layihə qəbul ediləcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ